İlon Mask: "Bayden demək olar ki, bütün prezidentlik müddətini tətildə keçirib"

DÜNYA
22:35 / 28.12.2024
77

ABŞ-ın hazırkı prezidenti Co Bayden demək olar ki, bütün səlahiyyət müddətini tətildə keçirib.

HİT.az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask özünün X səhifəsində yazıb.

İş adamı sosial şəbəkədə Baydenin 570 gün məzuniyyətdə qaldığını, yəni onun bütün prezidentlik müddətinin 40%-ni təşkil edən nəşri belə şərh edib.

"Əslində, təxminən 100% deməkdir", deyə Mask qeyd edib.

"The New York Times" yazıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin səlahiyyət müddətinin başa çatmasına bir aydan da az vaxt qalıb, bu səbəbdən o, kədərli vəziyyətdədir və düşünməyə meyllidir.

Nəşrin məlumatına görə, Bayden COVID-19 ilə mübarizə üçün yardım çeklərini imzalamamaq qərarından, həmçinin ABŞ Konqresində ən kasıb qanunverici kimi şöhrət qazanmasından təəssüflənir. Prezidentin indi gələn ay Papa Fransisklə görüş üçün Romaya səfəri zamanı "rahatlıq"  axtaracağı iddia edilir.

Samir

0