Aİ və NATO-ya Ukraynaya dəstək üçün referendum keçirmək təklif edildi

DÜNYA
11:04 / 29.12.2024
140

Avropa İttifaqı və NATO Qərb ölkələrində Ukraynaya dəstək məsələsi ilə bağlı referendum keçirməlidir.

HİT.az xəbər verir ki, bu təkliflə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində çıxış edib.

"Əgər Avropa İttifaqı və NATO demokratiya və azadlığa bu qədər aludə olurlarsa, niyə biz onların tərkibində olan hər bir dövlətdə ümumxalq referendumları (Ukraynaya gələcək dəstək haqqında-red.) keçirmirik?", deyə jurnalist bildirib.

Bundan əvvəl Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik Almaniyadan hər il Kiyevə dəstək üçün ən azı 20 milyard avro ödəməsini tələb etmişdi.

O da bildirilib ki, Hollandiya Ukraynaya yardım üçün daha 6 milyard avro ayırmağı planlaşdırır.

Samir

0