BMT-dəki səfir: "Ukraynanın NATO-ya qəbulu indi prioritet deyil"

DÜNYA
15:35 / 29.12.2024
149

"Ukraynanın NATO-ya daxil olması hələ də gündəmdədir, lakin bu, prioritet istək deyil. Hazırda diqqət təhlükəsizlik zəmanətlərinə yönəlib".

HİT.az xəbər verir ki, bunu "Berliner Morgenpost"a müsahibəsində Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andriy Melnik deyib. 

Diplomatın fikrincə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş 1994-cü il Budapeşt Memorandumuna bənzər “sırf siyasi vədlər”dən kənara çıxmalıdır.

"Tərəfdaşlarımız, əgər Rusiya yenidən Ukraynaya hücum edərsə, Ukraynanı müdafiə etmək üçün hansı hərbi vasitələrdən istifadə edəcəklərini diqqətlə yazmalıdırlar", deyə Melnik vurğulayıb.

O əlavə edib ki, təhlükəsizlik təminatı Avropa İttifaqı və NATO ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər. Təhlükəsizlik zəmanətləri Rusiya ilə böyük sülh müqaviləsinin bir hissəsi ola bilər. Melnikin sözlərinə görə, Ukraynanın müdafiə sahəsində tərəfdaşlarından “möhkəm öhdəliklər”ə ehtiyacı var.

Samir
 

0