Əl-Culani: Suriya münasibətlərin zərərinə Rusiyanı respublikanı tərk etməsini istəmir

DÜNYA
21:14 / 29.12.2024
150

"Suriyanın hazırkı rəhbərliyi Rusiya Federasiyasının iki dövlət arasındakı münasibətlərə ziyan vuraraq ölkəni tərk etməsini istəmir". 

HİT.az yazır ki, bunu Yaxın Şərq respublikasının yeni hakimiyyətinin lideri Əbu Məhəmməd əl-Culani “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Dəməşq və Moskvanı strateji maraqlar birləşdirir:

"Biz Rusiya Federasiyasının Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini istəmirik".

Dekabrın 27-də TASS xəbər agentliyi mənbələrə istinadən xəbər verib ki, Suriyanın hazırkı rəhbərliyi Latakiya əyalətində hərbi bazalar barədə Moskva ilə razılaşmanı pozmağı planlaşdırmır. Hazırda Yaxın Şərq respublikası və Rusiya Federasiyası hakimiyyət dəyişikliyini fors-major hal və müqavilənin ləğvi üçün əsas hesab etməmək üçün danışıqlar aparır.

Ertəsi gün Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Amerika və Britaniya kəşfiyyat xidmətlərinin Suriyadakı Rusiya hərbi bazalarına qarşı terror hücumları hazırladığını açıqlayıb. Beləliklə, Vaşinqton və London Moskvanı öz hərbi bazalarını Yaxın Şərq respublikasının ərazisindən çıxarmağa məcbur etmək istəyirlər.

Samir
 

0