Suriyada seçkilərin təşkili ən azı dörd il çəkə bilər.
HİT.az xəbər verir ki, bunu "Həyat Təhrir əl-Şam" islamçı qruplaşmasının rəhbəri Əhməd əl-Şaraa "Al Arəbiyyə" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün əhalinin tam siyahıyaalınması lazımdır. O əlavə edib ki, Suriya üçün yeni konstitusiyanın yazılması prosesi bir qədər vaxt apara bilər.
Bundan əvvəl Suriya Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Xəttaba bütün kəşfiyyat orqanlarının ləğvindən sonra ölkənin təhlükəsizlik orqanlarının yenidən təşkil ediləcəyini bildirmişdi.
Noyabrın sonunda silahlı suriyalı müxalif qruplar Suriyanın Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçib. Nəticədə Hələb, Homs, Həma və Dəməşq şəhərlərini işğal etdilər.
Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
Samir