ABŞ Husilərə qarşı ilk dəfə THAAD-dan istifadə etdi

DÜNYA
17:31 / 29.12.2024
163

ABŞ ordusu ilk dəfə olaraq Yəmən husiləri tərəfindən ölkə ərazisinə atılan ballistik raketin qarşısını almaq üçün İsraildə yerləşdirilən qabaqcıl THAAD raketdən müdafiə sistemindən istifadə edib.

HİT.az xəbər verir ki, bu barədə məlumatlı həmsöhbətinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Bəyanatda deyilir: “Prezident Co Bayden bu sistemi İsrailə yerləşdirdikdən sonra ilk dəfə olaraq İsraildə raketin qarşısını almağa cəhd etmək üçün ABŞ-ın qabaqcıl hərbi raket əleyhinə sistemindən istifadə edilib".

Qeyd olunur ki, THAAD sistemi və ya Terminal High Altitude Area Defense tətbiqi dekabrın 26-da baş tutub və Yəməndən gələn ballistik raketin qarşısını almaq məqsədi daşıyıb. Balistik hədəfləri atmosferdən yuxarı tutmağa imkan verən bu raket əleyhinə sistemin tətbiqinin uğuru qiymətləndirmə mərhələsindədir.

Pentaqon "Reuters"in şərh sorğusuna dərhal cavab verməyib.

Xatırladaq ki, ABŞ oktyabr ayında ölkənin raket əleyhinə müdafiəsini gücləndirmək üçün 100-ə yaxın amerikalı əsgərlə birlikdə Lockheed Martin şirkətinin istehsalı olan THAAD sistemini İsraildə yerləşdirmişdi.

Samir
 

0