Moldovada Ukraynadan kişilərin qeyri-qanuni miqrasiyasının yeni şəbəkəsi ifşa edilib, onun üzvləri Ukrayna-Moldova sərhəddini 10 min ABŞ dolları müqabilində ukraynalı çağırışçılara “kömək edib”.
HİT.az xəbər verir ki, bu barədə “NewsMaker” Moldova sərhəd polisinin bəyanatına istinadən xəbər verir.
Qeyd olunur ki, cinayətkar qrup Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində Ukraynanın Odessanın Kodim şəhəri və Moldovanın Plop kəndi ərazisində fəaliyyət göstərib.
“Moldovaya çatdıqdan sonra miqrantlar qruplaşmanın digər üzvlərinə təhvil verilib, onlar qalmalarını leqallaşdırmaq bəhanəsi ilə əlavə mükafatlar tələb ediblər və Ukrayna vətəndaşlarını çaşdırıblar. Daha sonra miqrantlar qeyri-qanuni olaraq Aİ ölkələrinə aparılıb”, - məlumatda deyilir.
Agentlik əlavə edib ki, dekabrın 13-də hüquq-mühafizə orqanlarının əməkdaşları Kişinyovda cinayətkar qrupun üzvü olan 23 yaşlı Moldova vətəndaşını saxlayıb. O, 72 saat saxlandıqdan sonra 30 sutka ev dustaqlığına buraxılıb.
İşin istintaqı davam etdirilir.
Samir