52 il öncə itkin düşdü - Köhnə fotosu ilə tapıldı

DÜNYA
23:40 / 04.01.2025
129

Britaniyada "ən uzun davam edən itkin hadisəsi" kimi qeydə alınan Şeyla Foksun işi açılıb. 

Qaynarinfo xəbər verir ki, 52 il əvvəl - 16 yaşında ikən itkin düşən Foks polis tərəfindən paylaşılan köhnə bir fotoşəkil sayəsində tapılıb.

Şeyla Foks 1972-ci ildə İngiltərənin Koventri şəhərində itkin düşmüşdü. O zamanlar Uest Midlend polisi Foksun ailəsi ilə yaşadığı və bir kişi ilə əlaqəsi ola biləcəyi ehtimalını araşdırıb.

Keçən bazar günü polis Foksun tapılması üçün yeni bir çağırış edərək, onun itkin düşdüyü dövrə aid bir fotoşəkili rəsmi veb saytında və sosial media hesablarında paylaşıb. Paylaşımın ardından bir neçə saat ərzində ictimaiyyətin verdiyi məlumatlar əsasında polis Foksun sağ olduğunu və hazırda ölkənin başqa bir bölgəsində sağlam şəkildə yaşadığını müəyyən edib.

Uest Midlend polisinin sözçüsü açıqlamasında bunları qeyd edib:

"Ən uzun davam edən itkin hadisələrimizdən birinin həll edildiyini elan etməkdən məmnunuq. Şeyla Foksun keçmiş fotoşəkilini paylaşmağımız, ictimaiyyətdən aldığımız məlumatlar sayəsində bu nəticəyə nail olmağımıza səbəb oldu".


 

0