"Böyük Britaniyadakı hərbi qurğular potensial düşmənlər üçün asan hədəf ola bilər, çünki London raketdən müdafiə üçün lazımi vəsait ayırmayıb".
HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Sunday Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, zəifliklər Şimali Atlantika Alyansının ekspertləri tərəfindən aparılan auditin bir hissəsi kimi müəyyən edilib.
Mənbənin sözlərinə görə, Böyük Britaniyanın hava hücumundan müdafiə sistemi kövrəkdir, çünki 30 il ərzində heç kim buna ehtiyac olacağını düşünmürdü. Nəşrin həmsöhbəti vurğulayıb ki, Ukrayna və İsraildə baş verənlər bunun əksini göstərir.
O əlavə edib ki, insanlar Britaniyanın təhlükədə olduğunu düşünmürlər, lakin bu gün vəziyyət belədir.
Noyabr ayında krallığın müdafiə departamentinin rəhbəri Con Hili bildirib ki, Böyük Britaniya hərbi texnikanı ixtisar etmək qərarına gəlib. Nəticədə Müdafiə Nazirliyi onlarla vertolyot və dörd böyük döyüş gəmisindən imtina edəcək. Hili heç kimin ixtisar olunmayacağına və heyətin yenidən yerləşəcəyinə və ya yenidən hazırlanacağına əmin edib.
Samir