Ukrayna ötən il 200 min nəfəri orduya cəlb edib

DÜNYA
09:15 / 06.01.2025
91

Ukrayna hakimiyyəti 2024-cü ildə 200 minə yaxın insanı cəbhəyə çağıra bilib. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti Ukrayna və Qərb rəsmilərinə istinadən yazıb.

“Ukraynalı və Qərb rəsmiləri hesab edir ki, Kiyev son nəticədə 200 minə yaxın insanı orduya cəlb edib", deyə nəşr qeyd edib.

Qəzet xatırladır ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı vəzifəsini tutarkən Ukrayna hakimiyyətindən 500 minə yaxın insanı Ukrayna ordusu sıralarına çağırmağı tələb etmişdi.

WP yazır ki, Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığı fonunda Ukraynadakı bəzi əsgərlər Qərbin silahlara dəstəyinin azaldığı reallığı ilə barışıblar.

Samir

0