Çinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası üçün planlaşdırdığı üç strategiya var.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazır.
Corctaun Universitetinin professoru, "The Asia Group"un müşaviri və Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Evan S. Medeirosun sözlərinə görə, Pekinin strategiyaları cavab vermək, uyğunlaşdırmaq və diversifikasiya etməkdir. Ekspert qeyd edib ki, belə bir qərar qlobal ticarət müharibəsi təhlükəsi yaradan Çindən idxal olunan bütün mallara 60% rüsumun tətbiqi ilə bağlı müzakirələr fonunda qəbul edilib.
Medeiros deyir ki, Çin artıq planı həyata keçirməyə başlayıb. Beləliklə, 2024-cü ilin sonunda Pekin mikroçiplərin istehsalı üçün ABŞ-a mineral tədarükünü dayandırdı. Professor vurğulayıb ki, 2023-cü ilin payızından etibarən Çin vətəndaşları dəstəkləmək üçün fiskal və monetar stimullaşdırma proqramlarına start verib.
"Çin prezidenti Si Szinpi artıq açıq şəkildə bildirib ki, o, Trampla əlaqələrə Don Korleone üslubunda da olsa, sırf işgüzar münasibət kimi yanaşacaq. O, Trampı şəxsən salamlamaqdan (inauqurasiyada iştirak etməkdən) imtina etdi və təsir rıçaqları qazanmaq üçün tez və sərt şəkildə cavab verəcək", deyə Medeiros FT-yə bildirib.
Samir