Blinken: Rusiya silah müqabilində Şimali Koreyaya kosmik texnologiyalarını verəcək

DÜNYA
17:41 / 06.01.2025
97

Rusiya Şimali Koreyanı özünün qabaqcıl kosmik və peyk texnologiyaları ilə təmin etməyə hazırdır. Bunun müqabilində Moskva Ukraynaya qarşı müharibədə ona kömək edəcək silah və digər texnika almaq istəyir.

HİT.az "Yonhap"a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul ilə Seulda danışıqlardan sonra deyib.

"Moskvanın qabaqcıl kosmik və peyk texnologiyalarını Pxenyanla bölüşmək niyyətində olduğuna inanmağa əsasımız var", deyə o bildirib.

Blinken bildirib ki, Rusiya diktatoru Vladimir Putin Şimali Koreyanın nüvə proqramını qəbul edərək, uzun müddətdir davam edən siyasəti dəyişməyi düşünür: "Bu narahatlıq təkcə ABŞ-da deyil, Cənubi Koreya və Yaponiyada da diqqət mərkəzindədir".

Bundan əlavə, Blinken vurğulayıb ki, Rusiya Federasiyası ilə KXDR arasında müttəfiqliyin inkişafı fonunda ABŞ, Cənubi Koreya və Yaponiya, eləcə də NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə dəyər. O əlavə edib ki, Hind-Sakit okean regionunda və Avropada təhlükəsizlik getdikcə bir-birinə bağlıdır.

Samir

0