"İsrail Türkiyənin bölgədəki siyasətinə qarşı çıxmaq və kürd qüvvələrinin ölkədəki mövqelərini qorumaq üçün Suriyanın paytaxtı Dəməşqi ələ keçirə bilər".
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazır.
Türkiyə qəzetinin yazdığı kimi, İsrail tərəfinin maraq dairəsi Fəratın şərqində yerləşir. Orada Türkiyənin terrorçu hesab etdiyi kürd birləşmələri fəallaşıb.
Eyni zamanda, Ankaranın Suriyadakı kürd yaraqlılarını (PKK və digər qüvvələr) məhv etmək siyasəti İsrailin maraqlarına ziddir.
"İsrail Dəməşqi işğal edə bilər ki, Türkiyənin diqqətini PKK və SNA-dan yayındıraraq onlara manevr imkanı yaratsın".
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonşu Suriyanın parçalanmasına icazə verməyəcəyini bildirmişdi.
Samir