"Ukrayna Rusiya qazının tranzitini dayandırmaqla Avropa iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb".
HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın yanvarın 1-dən Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tranzitini dayandırmaq qərarını şərh edərkən bildirib.
Peter Siyartonun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar o, Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar ilə telefon danışığı aparıb. Müzakirələr zamanı tərəflər razılaşıblar ki, Ukrayna Rusiya qazının Avropaya nəqli marşrutlarının qorunub saxlanmasını nəzərdə tutan Aİ ilə Assosiasiya sazişinə əməl etməlidir.
Diplomat qeyd edib ki, bu saziş həm də enerji daşıyıcılarının marşrutlarının qorunub saxlanmasını nəzərdə tutur.
Ukrayna 2024-cü il dekabrın 31-də hazırkı müqavilənin müddəti bitdikdən sonra Rusiya ilə qazın Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməkdən rəsmən imtina edib. İllik birbaşa xətt və mətbuat konfransında çıxış edən prezident Vladimir Putin də bildirib ki, artıq qonşu respublikadan qaz tranziti üçün müqavilə olmayacaq, lakin "Qazprom" bundan tab gətirəcək.
Samir