Dekabrın əvvəlində Bəşər Əsəd rejiminin devrilməsi ilə əlaqədar qaçdıqdan sonra İran qüvvələrinin əsas hissəsini Suriyadan çıxarıb.
HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ, Avropa və ərəb ölkələrinin rəsmilərinə istinadən məlumat yayıb.
Əsəd rejiminin süqutundan sonra İranın dəstəklədiyi minlərlə hərbçi hələ də ölkədə, əsasən də Suriyanın şərqində idi. Digərləri Dəməşq, Hələb və digər şəhərlərdə olub.
Məlumatlı rəsmilərə görə, Suriyanın şərqində olanların əksəriyyəti, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri əfqan, iraqlı, livanlı və suriyalı döyüşçülərlə birlikdə İraqla sərhəddə yerləşən Əl-Qaim şəhərinə qaçıblar.
Dəməşqdə məskunlaşan iranlıların bir qismi Tehrana, ölkənin qərbindəki Hizbullah döyüşçüləri isə Livana qaçıb.
İranın 2011-ci ildə “Ərəb baharı” qiyamından sonra Bəşər Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərclədiyi və minlərlə hərbi qulluqçusunu Suriyaya göndərdiyi bildirilir.
Suriya İranın Yaxın Şərqdəki əsas müttəfiqi və Tehranın alyansındakı ən güclü qrup olan Hizbullaha quruda mühüm körpü idi.
Samir