Çin Donald Trampla qarşılıqlı faydalı şərtlərlə əməkdaşlığa hazırdır.
HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Trampın Çin və ABŞ arasında uzunmüddətli birgəyaşayış perspektivləri barədə sözlərini şərh edərkən bildirib.
O qeyd edib ki, Pekin Vaşinqtonla müxtəlif formalarda əlaqələr saxlayır:
"Biz Amerika tərəfi ilə əməkdaşlığa, qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsiplərinə riayət etməyə, hər iki ölkənin və dünyanın rifahı naminə ikitərəfli münasibətlərin sabit, sağlam və davamlı inkişafına kömək etməyə hazırıq".
Diplomat vurğulayıb ki, həm Çin, həm də ABŞ-ın uğurları onlar üçün qarşılıqlı imkanlar deməkdir və qarşılıqlı stimul yaradır.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Pekin Amerika tərəfi ilə qarşılıqlı hörmət prinsipləri əsasında ticarət-iqtisadi əlaqələrin inkişafına kömək edir.
Yanvarın 6-da ABŞ-ın maliyyə naziri Canet Yellen Çini Ukrayna ilə münaqişədə Rusiya Federasiyasına maddi dəstəyin göstərilməsinin nəticələri ilə hədələyib. O, həmçinin Çinin sponsorluq etdiyi aktyorların kiber fəaliyyətindən ciddi narahatlığını ifadə edib.
Samir