Slovakiya imtina etsə, Polşa Ukraynaya elektrik enerjisi verə bilər

DÜNYA
20:58 / 07.01.2025
91

Polşa Slovakiyanın enerji təchizatını dayandıracağı təqdirdə Ukraynaya daha çox elektrik enerjisi verməyə hazırdır. Qərar Kiyevdə qalır.

HİT.az bu barədə "Reuters" məlumat yayıb.

"Polşa Ukraynaya elektrik enerjisi satışını artıra bilər, ancaq Ukrayna bunu tələb etsə", deyə Polşanın iqlim və ətraf mühit naziri Paulina Henniq-Kloska bildirib.

Onun sözlərinə görə, Polşa operatoru müvafiq yardım göstərməyə hazırdır:

"Yeganə sual, Ukraynanın bundan istifadə etmək istəyəcəyi, yoxsa istifadə etməyə məcbur olacağıdır. Slovakiyanın baş naziri Robert Fikonun davranışı Avropa siyasətinə ziddir".

Yanvarın 1-də Ukrayna Rusiya qazının Avropaya nəqlini dayandırıb ki, bu da Rusiyanın Avropada uzunmüddətli iqtisadi təsir dövrünün başa çatması deməkdir. Lakin bu, bu məsələdə mövcud olan bütün problemləri həll etmir.

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, partiyası Ukraynaya elektrik enerjisinin verilişini kəsməyi, qaçqınlara yardımı kəsməyi və qaz tranzitinin bərpasını və ya Ukrayna ərazisindən Rusiya qazının kəsilməsi səbəbindən Slovakiyanın dəymiş zərərin ödənilməsini tələb etməyi nəzərdən keçirəcək.

Samir

0