"ABŞ-ın Macarıstandakı səfiri David Pressman Amerika diplomatiyasını rüsvay edən qisasçı və xırda adamdır".
HİT.az xəbər verir ki, bunu ölkənin hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının parlament fraksiyasının lideri Mate Koçiş deyib.
"Siz qisasçı, xırda insan, sadəcə olaraq, burada qaldığı hər dəqiqəni iki müttəfiq dövlət arasında nizamlı diplomatik münasibətlər qurmaq istəyini öz dünyagörüşünün yaradılmasına tabe etdirməyə sərf edən liberal siyasi fəalsınız", deyə fraksiya lideri ABŞ-ın Macarıstanın baş nazirinin kabinet rəhbəri Antal Roqaya qarşı sanksiyaları şərh edərkən bildirib.
Koçsis əlavə edib ki, Pressman ABŞ səfiri olduğu müddətdə şəxsi liberal fikirlərini yaymağa çalışıb. Həmçinin partiya rəhbərinin sözlərinə görə, diplomat Macarıstanda hakimiyyət dəyişikliyinə can atıb.
Bundan əvvəl Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Roqanın Amerikanın sanksiya siyahısına salınmasının Pressmanın şəxsi qisası olduğunu bildirmişdi. Xarici işlər naziri vurğulayıb ki, bir neçə gündən sonra ABŞ-da Macarıstanı düşmən deyil, dost kimi görən insanlar hakimiyyətə gələcək.
Samir