ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra "SpaceX"in qurucusu İlon Maskın Amerika administrasiyasına daxil olması Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə kosmik sənayenin inkişafına təhlükə yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “Europe 1” radiostansiyasının efirində xəbərdarlıq edib.
“Məncə, əsl risk "SpaceX"in rəhbərinin Amerika administrasiyasına daxil olmasındadır. İlk dəfədir ki, şəxsi maraqlar praktiki olaraq Amerika administrasiyasının yanında yer alacaq", deyə hərbi idarənin rəisi qeyd edib.
Onun sözlərinə görə, indi Avropa dövlətləri Maskın Tramp administrasiyasına daxil olmasına necə reaksiya verəcəyini anlamalıdır. Səbəb odur ki, Aİ-yə üzv olan ölkələr indi öz suverenliklərini qorumaq və kosmosa çıxış məsələsi ilə üzləşiblər.
2024-cü ilin noyabrında seçilmiş Amerika lideri andiçmə mərasimindən sonra sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklərini elan edib. Onların fəaliyyətinin əsas istiqamətləri dövlət orqanlarında bürokratiyadan və həddindən artıq tənzimləmədən xilas olmaq, həmçinin federal büdcə xərclərini azaltmaq olacaq.
Samir