Almaniyada dronlardan istifadə etməklə casusluqda artım qeydə alınıb

DÜNYA
22:39 / 08.01.2025
75

Almaniya səlahiyyətliləri dronlardan istifadə etməklə ölkənin təhlükəsizlik obyektlərində casusluqla bağlı çoxsaylı şikayətlər qeydə alıb. 

HİT.az xəbər verir ki, bu barədə “Bild” qəzeti respublikanın Daxili İşlər Nazirliyinə istinadən yazır.

Nazirlik bildirir ki, Almaniyada dronların casusluq üçün istifadəsi əhəmiyyətli dərəcədə artıb. Departament qeyd edib ki, dronlardan Rusiya hibrid müharibəsi zamanı istifadə oluna bilər.

Nəşrin məlumatına görə, ölkə üzrə polis bölmələrinə naməlum dronlarla bağlı 100-ə yaxın şikayət daxil olub.

Bundan əvvəl “Der Spiegel” jurnalı yazıb ki, naməlum dronlar son həftələrdə Almaniyadakı bir sıra sənaye obyektləri və Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında müşahidə edilib. Jurnalistlərin məlumatına görə, dekabrın 3-ü və 4-ü axşam saatlarında ABŞ hərbi bazası üzərində çoxlu pilotsuz təyyarələr qeydə alınıb. Ancaq bir dənə də olsun dron operatoru tapılmayıb.

Samir

0