NATO Baltikyanı sualtı kabelləri qorumaq üçün 10 gəmi göndərəcək

DÜNYA
16:41 / 08.01.2025
76

NATO Baltik dənizində kritik qurğuların təhlükəsizliyini gücləndirməyə başlayacaq. 

Qaynarinfo xəbər verir ki, Finlandiyanın "Yle" teleradio şirkətinin məlumatına görə, bu məqsədlər üçün ümumilikdə 10 gəmi göndəriləcək.

Gəmilər enerji kabelləri və məlumat kabellərinin yaxınlığında yerləşəcək. "Yle" qeyd edib ki, onların mövcudluğu çəkindiricidir, çünki NATO digər ölkələrin gəmilərinin beynəlxalq sularda keçidini əngəlləyə bilməz. Finlandiya körfəzi Finlandiya və Estoniya gəmiləri tərəfindən qorunmağa davam edəcək.

NATO Finlandiya və Estoniyanın tələbi ilə 2024-cü ilin sonunda Baltik dənizində mövcudluğunu artırmaq qərarına gəlib. Dekabr ayında Estoniya və Finlandiya arasında işləyən EstLink 2 kabeli zədələnmişdi. Finlandiyadan verilən məlumata görə, Kuk adalarının bayrağı altında üzən "Eagle S" gəmisi onu lövbərlə zədələyib. Hadisənin ağır hücum kimi qiymətləndirilməsi aparılır.

Aydın
 

0