Tramp ABŞ-da iqtisadi fövqəladə vəziyyət elan edə bilər

DÜNYA
17:06 / 08.01.2025
79

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra idxala rüsumlar tətbiq etmək üçün iqtisadi fövqəladə vəziyyət elan edə bilər. 

HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

"Tramp müttəfiqlərə və düşmənlərə külli miqdarda tariflərin tətbiq edilməsinə hüquqi əsaslandırma təmin etmək üçün milli iqtisadi fövqəladə vəziyyət elan etməyi düşünür", deyə CNN qeyd edir.

Telekanalın məlumatına görə, Tramp ikinci dövründə qlobal ticarət balansını bərpa etməyə çalışır.

Bir gün əvvəl Tramp Meksika və Kanadadan idxala çox ciddi tariflər tətbiq etmək niyyətində olduğunu açıqlamışdı.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Kanadanın baş naziri Castin Trüdonun gözlənilən istefasını elan etməsindən sonra ölkəsini 51-ci ştat kimi Birləşmiş Ştatlara qoşulmağa dəvət etmişdi.

Trampın sözlərinə görə, birləşmə ticarət tariflərini ləğv edəcək, vergiləri azaldacaq və Ottavanın tam təhlükəsizliyinə zəmanət verəcək. Seçilmiş prezident qeyd edib ki, ABŞ Kanadanı ayaqda saxlamaq üçün ticarət kəsirlərinə və subsidiyalara daha dözə bilməz. Ona görə də Trüdo istefa verib.

Samir

0