Üç Aİ ölkəsinin XİN başçısı Trampın andiçməsindən dərhal sonra ABŞ-a gedəcək

DÜNYA
17:46 / 08.01.2025
85

Üç Avropa ölkəsinin xarici işlər nazirləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən az sonra Vaşinqtona səfər etməyi planlaşdırıblar. 

HİT.az-ın məlumatına görə, "Politico" üç anonim Aİ diplomatına istinadən xəbər verir ki, onlar ştatlara “Avropa birliyini” belə nümayiş etdirmək istəyirlər.

Qeyd olunur ki, Almaniyanın xarici işlər nazirləri Annalena Berbok, Polşanın XİN başçısı Radoslav Şikorski və Fransanın xarici işlər nazirləri Jan-Noel Barrotun səfəri hələ planlaşdırma mərhələsindədir. Vaşinqtona səfərin tarixi hələ müəyyən edilməyib.

Mənbələr həmçinin jurnalistlərə bildiriblər ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniya, Polşa və Fransanın xarici işlər nazirlərinə qatıla bilər.

Birgə görüşdə Berbok, Şikorski və Barrot ölkələrinin Tramp administrasiyası ilə işləməyə hazır olduqlarını, lakin ticarət tarifləri və ya Qrenlandiyanı ilhaq etmək təhdidləri kimi addımlardan ehtiyatlı olduqlarını bildiriblər.

Samir

0