"ABŞ təxminən bir həftəyə Kanadanı fəth edə bilər"

DÜNYA
19:48 / 08.01.2025
79

Amerikalı köşə yazarı və yazıçı Mett Uolş ABŞ-ın Kanadanı təxminən bir həftə ərzində fəth edə biləcəyini deyib. 

HİT.az xəbər verir ki, o, sosial şəbəkədəki səhifəsində bunu ehtimal olunan tarixi adlandırıb.

"Qrenlandiyanı əldə etmək istəyiriksə, heç olmasa Kanadanı almağı düşünməliyik. Şimali Amerika bizim olmalıdır. Təxminən bir həftəyə Kanadanı qansız-qadasız fəth edə bilərik", deyə Uolş yazıb.

Yanvarın 7-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya onun ölkəsinin bir hissəsi olmalıdır, çünki bu, milli təhlükəsizlik və azad dünyanın müdafiəsi üçün strateji əhəmiyyət kəsb edir.

Yanvarın 6-da Tramp Kanadanın baş naziri Castin Trüdo gözlənilən istefasını elan etdikdən sonra ölkəni 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.

ABŞ-ın seçilmiş prezidentinin sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavaya onları daim mühasirəyə alan Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.

Samir

0