Ekspert: "Lirə 2025-ci ildə dollar və avro qarşısında ucuzlaşacaq"

DÜNYA
14:26 / 09.01.2025
106

Türk lirəsi ilə bağlı mənfi proqnoz verilib. 

Belə ki, ABŞ bankı "Bank of America" (BofA) 2025-ci ilin sonuna ABŞ dolları/türk lirəsi proqnozunu aşağı salıb. Bununla da ilin sonuna dollar/TL məzənnəsinin proqnozu 44-dən 41-ə endirilib. Ancaq bu proqnoz reallaşsa, dollar lirə qarşısında daha 16 faiz bahalaşmış olacaq. 

Bəs belə bir ehtimal ola bilər? 2025-ci ildə dollar lirə qarşısında bahalaşacaq? 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, ABŞ dollarının türk lirəsi qarşısında bahalaşacağını proqnozlaşdırmaq olar:

365662

"Çünki son illərdə lirə hər il dəyər itirərək ucuzlaşır. Ona görə də 2025-ci ildə lirənin ABŞ dolları qarşısında ucuzlaşma ehtimalı da kifayət qədər realdır. İstənilən halda lirənin ucuzlaşacağı gözlənilir. Üstəlik, lirənin cari ildə təkcə dollar qarşısında yox, avro qarşısında da ucuzlaşacağı proqnozlaşdırılır".

Ekspert onu da əlavə edib ki, ABŞ dollarının məzənnəsinin bu il güclü olacağı gözlənilir:

"Hətta avronun da dollar qarşısında ucuzlaşma ehtimalı var. Bunun əsas səbəbi ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olması və Amerika qiymətli kağızlar bazarına investorların etibarıdır. Həmçinin, Donald Trampın hakimiyyətə gəldikdən sonra həyata keçirəcəyi siyasətin ABŞ iqtisadiyyatına daha çox fayda verəcəyinə dair gözləntilər var. 

Trampın tarif siyasəti və vergiləri azaldacağına dair vədi onun dövründə ABŞ-nin həm səhm, həm maliyyə bazarı, həm də iqtisadiyyatın özünün yaxşı inkişaf etməsinə gətirib çıxara bilər. Avropada isə müharibənin və qeyri-müəyyənliklərin davam etməsi dolların 2025-ci ildə güclü valyuta olaraq qalmasına səbəb olacaq".

Pərviz

0