Sorğuda iştirak edən kanadalıların 80%-dən çoxu baş nazir Castin Trüdonun istefasını alqışlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Global News” telekanalı Ipsos şirkətinin araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.
Sorğu göstərib ki, respondentlərin yarıdan çoxu siyasətçinin bu addımını “son dərəcə müsbət” kimi qiymətləndirib. Trüdonun özünün rəhbərlik etdiyi ölkənin Liberal Partiyasının tərəfdarları arasında 70% bu qərarı dəstəkləyib.
Tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, kanadalılar Trüdodan yorulub və dəyişiklik istəyirlər. Bununla belə, kanalın müsahibə verdiyi ekspertlər xəbərdarlıq ediblər ki, mühafizəkarların əhəmiyyətli liderliyini nəzərə alaraq, Liberal Partiyasının yeni lideri üçün seçicilərin etimadını bərpa etmək çətin olacaq.
Trüdo yanvarın 6-da yeni partiya lideri seçildikdən sonra baş nazir və Liberal Partiyasının lideri vəzifəsini tərk edəcəyini açıqlamışdı. Kanadanın baş naziri həmçinin bildirib ki, o, general-qubernator Meri Saymondan parlamentin fəaliyyətini martın 24-dək dayandırmasını xahiş edib və o, razılaşıb.
Samir