Böyük Britaniya qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı dünyada ilk dəfə sanksiyalar tətbiq edəcək.
HİT.az "Sky News"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Devid Lemmi deyib.
"Mən Böyük Britaniyanın dünyada qeyri-qanuni miqrasiya və mütəşəkkil immiqrasiya cinayətlərini hədəf alan yeni sanksiyalar rejimi üçün qanunvericilik tətbiq edən ilk ölkə olacağını elan etməkdən qürur duyuram", deyə nazir bildirib.
Onun sözlərinə görə, bu, qanunsuz miqrasiyanın dayandırılmasına və qarşısının alınmasına kömək edəcək. Yanvarın 9-da təqdim olunacaq yeniliklərin cinayətkarları fəaliyyətlərini gücləndirən qeyri-qanuni maliyyələşmədən məhrum edəcəyi gözlənilir.
Oktyabr ayında Britaniyanın Milli Statistika İdarəsi (ONS) 2023-cü ilin ortalarında ölkə əhalisinin 68,3 milyon nəfər olduğunu bildirmişdi. Bu, 2022-ci ilin ortaları ilə müqayisədə 1,0% çoxdur. Əhali artımının əsas sürücüsü xalis beynəlxalq miqrasiya olub. 2022-ci ilin iyun ayından 2023-cü ilin iyun ayına qədər Böyük Britaniyaya immiqrasiya 1,185 milyon nəfər, ölkədən emiqrasiya isə 508 min nəfər təşkil edib. Belə ki, təbii azalma nəzərə alınmaqla, xalis miqrasiya hesabına əhalinin sayı 662,4 min nəfər artıb. Bu, 1971-ci ildə belə qeydlərin başlanmasından bəri say və faizlərdə ən böyük illik artımdır.
Samir