Misirdə qadın firon məbədinin bünövrəsinin bir hissəsi tapıldı

DÜNYA
23:43 / 09.01.2025
58

Misirin cənubunda, Deyr əl-Bahri bölgəsində qazıntılar zamanı arxeoloqlar azsaylı qadın fironlardan biri olan Hatşepsut məbədinin bünövrəsinin bir hissəsini tapmağa nail olublar. 

HİT.az xəbər verir ki, bu barədə misirşünas Zahi Havas mətbuat konfransında bildirib.

"Vadinin yaxınlığında yerləşən və məbədin əsas giriş qapısı olan Hatşepsut məbədinin bünövrəsinin bir hissəsi aşkar edilib", deyə o qeyd edib.

Digər şeylər arasında tədqiqatçılar I Ptolemeyin dövrünə (367-283) aid Makedoniyalı İskəndərin təsvirləri olan bürünc sikkələr tapıblar. Ərazidə arxeoloji qazıntılar 2022-ci ilin sentyabrından davam edir.

2024-cü ilin dekabrında "Live Science" xəbər verib ki, beynəlxalq arxeoloqlar qrupu Misirdə qazıntılar zamanı məşhur Misir kraliçası VII Kleopatranın üzünü təsvir edən kiçik heykəlcik tapıb. Arxeoloqlar qədim Misirin Taposiris Magna şəhərinin yerində məbədin divarının altından kral tacı taxmış qadını təsvir edən kiçik ağ mərmər heykəl aşkar ediblər.

Arxeoloqlar həmçinin Kleopatranın təsvirləri olan 337 sikkə, ilahə Hatora həsr olunmuş tunc üzük və üzərində “Ra ədaləti yüksəldi” yazısı olan amulet tapıblar.

Samir
 

0