Meloni: Ukrayna münaqişəni dayandırmaq üçün təhlükəsizlik zəmanəti almalıdır

DÜNYA
18:22 / 09.01.2025
58

"Ukrayna münaqişəsinin sonu Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsindən asılıdır".

HİT.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corcia Meloni 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Jurnalistlər hökumət başçısından Ukraynanın ərazilərini itirmədən NATO-ya daxil olmasını mümkün hesab edib-etmədiyini soruşublar. Media da onun belə bir inkişafa dəstək olub-olmayacağını bilmək istəyib.

Meloni cavab verib ki, o, Ukrayna üçün məqbul sayılan hərbi əməliyyatlara son qoymaq üçün istənilən təşəbbüsləri dəstəkləməyə hazırdır. Baş nazirin sözlərinə görə, bu, “ədalətli sülhə” nail olmaq üçün lazımdır.

“Mən tam əminəm ki, real sülhə nail olmaq üçün Ukrayna üçün təhlükəsizlik təminatları lazımdır”, deeyə o əlavə edib.

Hökumət başçısı aydınlaşdırıb ki, münaqişənin həlli şərtləri ona cəlb olunan ölkələr tərəfindən müzakirə olunmalıdır.

Samir

0