Senatorlar Trampla ABŞ-ın 51-ci ştatı kimi Kanadanı müzakirə edir

DÜNYA
21:25 / 09.01.2025
89

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senatorlarla Kanadanın 51-ci ştat kimi ABŞ-a qoşulması imkanlarını müzakirə edib. 

HİT.az xəbər verir ki, bu barədə CNN jurnalisti Heyli Talbot Oklahoma senatoru Markveyn Mullinə istinadən məlumat verib.

“Kanadanın 51-ci ştat olması haqqında çox danışdıq. Əyləncəli idi", deyə o, bildirib.

Bir gün əvvəl Tramp Kanada və Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilməli olduğunu açıqlamışdı. Seçilmiş dövlət başçısı həmçinin əlavə edib ki, o, Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. 

Almaniya kansleri Olaf Şolts bu yaxınlarda bildirmişdi ki, Avropa İttifaqı liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı son bəyanatlarını anlamayıblar.

Samir

0