Estoniya hakimiyyəti çağırışçıların eston dilini bilməməsindən narahatdır

DÜNYA
20:32 / 09.01.2025
65

Estoniya hakimiyyəti bəzi çağırışçıların eston dilini bilməməsindən narahatdır. 

HİT.az xəbər verir ki, bu barədə "Postimees" yazıb.

Mənbənin sözlərinə görə, problem daha çox rus dilini bilən bəzi çağırışçılara aiddir.

Onlar iddia edirdilər ki, orduya getməzdən əvvəl eston dili ilə nadir hallarda rastlaşırlar və bu dildən müntəzəm istifadə etməyə ehtiyac yoxdur.

Bu yaxınlarda Estoniya parlamenti (Riigikogu) saytın rusdilli versiyasını dəstəkləməyi dayandırıb.

Eyni zamanda, ERR televiziya və radio şirkəti "Civitta Estonia" şirkətinin Estoniya hakimiyyətinin tələbi ilə dövlət qurumlarının ünsiyyətində rus dilinin gələcək istifadəsinə olan ehtiyacın qiymətləndirilməsini həyata keçirəcəyini bildirdi. Ədliyyə Nazirliyi də qanunların rus dilinə tərcüməsini dayandıracağını bəyan edib.

Samir

0