"İran Suriyada mühüm strateji məğlubiyyətə uğrayıb, lakin hələ də bu ölkədə öz qüvvələrini inkişaf etdirməyi planlaşdırır".
HİT.az-ın məlumatına görə, "The New York Times" (NYT) mənbələrə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati bildirib.
"Mən düşünmürəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir. Biz ağır məğlubiyyət aldıq və bu, bizim üçün ciddi zərbə oldu", deyə qəzet generalın sözlərini sitat gətirir.
Esbati həmçinin qeyd edib ki, İran və Suriya arasında münasibətlər son dövrlərdə durğun olub və prezident Bəşər Əsədin devrilməsindən əvvəl getdikcə gərginləşib.
Bununla belə, Tehran mövcud vəziyyətdən regionda hərbi mövcudluğunu bərpa etmək üçün istifadə etmək niyyətindədir.
Samir