"Ineos" kimya şirkətinin rəhbəri Cim Ratkliff deyib ki, Böyük Britaniya kimya sənayesi yox olmaq ərəfəsindədir.
HİT.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
O, Britaniyanın kimya sənayesindəki böhranın yüksək enerji qiymətləri və karbon vergiləri ilə bağlı olduğunu izah edib. Nəticədə Qrençmutda sintetik etanol istehsal edən sonuncu zavod itkilərə görə bağlanıb. 80 nəfər işdən çıxarılıb. Zavodun bağlanması daha 500 işçiyə də təsir edib.
Hazırda Böyük Britaniya sənayesi tamamilə idxal olunan etanoldan asılıdır. Boya və dərmanlardan tutmuş kosmetikaya qədər müxtəlif çeşidli məhsulların istehsalında istifadə olunur.
Samir