Senator: "Trampın ilk sərəncamlarından şok və qorxu gözləyin"

DÜNYA
16:57 / 13.01.2025
64

Vayominq ştatının respublikaçı senatoru Con Barrasso andiçmə mərasimindən dərhal sonra seçilmiş prezident Donald Trampdan icra sərəncamları fırtınası gözlədiyini söyləyib. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

"Prezident Tramp gələn bazar ertəsi vəzifəyə başlayanda icra sərəncamlarından şok və qorxu gözləyin", deyə senator bildirib.

O qeyd edib ki, fərmanlar çox güman ki, ABŞ iqtisadiyyatına və sərhədlərinə aid olacaq. İcra sərəncamları Amerika prezidentinə ABŞ-ın qanunverici orqanı olan Konqresin təsdiqi olmadan hər şeyi etməyə icazə verir.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdi ki, Co Baydenin başçılıq etdiyi vəzifəsini tərk edən ABŞ administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasətdə, o cümlədən Ukrayna ilə bağlı ən güclü mövqelərini təmin etmək üçün hər cür səy göstərir.

Samir
 

0