Ermənistan prezidenti Vaqn Xaçaturyan Asmik Tolmacyanın ölkənin İsveçrədəki səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Ermənistanın BMT-nin ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Asmik Tolmacyan Ermənistan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - fərmanda bildirilib.