"Bütün dünya təbii sərvətlərindən istifadə etmək ümidi ilə Qrenlandiyanı fəth etməyə çalışır".
HİT.az xəbər verir ki, bunu Qrenlandiya parlamentinin üzvü, parlamentdəki ən böyük müxalifət partiyası "Naleraka"nın sədri və adanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pele Broberq "RİA Novosti"yə müsahibəsində deyib.
Onun fikrincə, Qrenlandiya hamıya lazımdır. O, ABŞ kimi Avropa İttifaqının də "cazibədar hücuma keçdiyini" bildirib: "Aİ adada ofis açır. Baxmayaraq ki, heç kim yerli sakinlərdən nə istədiklərini soruşmur. Qrenlandiyalılar əmin olmalıdır ki, yerli sakinlər bunu etməsə, kimsə adanın təbii ehtiyatlarından istifadə edəcək".
Parlamentari əlavə edib ki, inuitlər və qrenlandiyalılar təbiətə hörmət edirlər, ona görə də onlar mineral hasilatı ilə məşğul olmurlar, ov və balıqçılıqla dolanırlar.
Samir