CNN: Tramp administrasiyanın ilk saatlarında sərt immiqrasiya kampaniyasına başlayacaq

DÜNYA
16:23 / 17.01.2025
63

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yanvarın 20-də andiçmə mərasimindən bir neçə saat sonra qəbul ediləcək “sərt immiqrasiya” qanunları paketini yekunlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yeni qanunlar ABŞ-da mühacirlərə qarşı repressiyaların başlanğıcını qeyd edəcək. Yeni tədbirlər artıq ölkədə yaşayanlara, eləcə də Amerika və Meksika sərhədində yaşayanlara təsir edəcək.

Nəşr qeyd edir ki, qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması planlarına İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən yoxlamalar, həmçinin Pentaqonun qüvvələrinin ölkənin cənub sərhədinə göndərilməsi və ölkəyə giriş məhdudiyyətlərinin qoyulması daxildir.

Bundan əvvəl “Time” jurnalı inauqurasiyadan dərhal sonra Trampın planlarının siyahısını tərtib etmişdi. Nəşrin məlumatına görə, seçilmiş lider ABŞ-ın cənub sərhədini bağlayacağını, ölkəyə giriş qadağalarını bərpa edəcəyini və qaçqınların qəbulunu məhdudlaşdıracağını, həmçinin ölkədən kütləvi deportasiyalara başlayacağını vəd edib. Bundan əlavə, o, miqrantların övladlarının avtomatik vətəndaşlıq almasına mane olmaq üçün doğuş vətəndaşlığını ləğv etməyi planlaşdırır.

Samir
 

0