ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə başqa ölkələrin liderlərini dəvət etməklə onilliklər boyu davam edən ənənəni pozub.
HİT.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Tədbirə dəvəti Çin Xalq Respublikasının sədri Si Szinpin qəbul edib. Lakin inauqurasiyada dövlət başçısının əvəzinə onun müavini Han Zenq iştirak edəcək.
Dəvətləri Argentina prezidenti Xavyer Miley və İtaliyanın baş naziri Corciya Meloni, Polşanın keçmiş baş naziri Mateuş Moravetski, həmçinin Böyük Britaniyanın İslahat Partiyasının rəhbəri Naysel Farac də qəbul ediblər. AP-nin məlumatına görə, Ekvador prezidenti Daniel Noboa və Paraqvay prezidenti Santiaqo Penya artıq səfərlərini təsdiqləyiblər.
ABŞ-ın yeni seçilmiş prezidenti 2025-ci il yanvarın 20-də rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq.
Samir