Zərgərlərin belə realdan çətinliklə ayırd edə bildiyi saxta qızıl Türkiyə bazarlarında geniş yayılıb.
HİT.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
Jurnalistlər qeyd edirlər ki, yeni növ saxta qızılla bağlı ictimaiyyətin narahatlığı ən yüksək həddə çatıb. Qızıl və pul bazarları üzrə ekspert İsam Memiş bazarlarda saxta qızılın görünməsinə yay mövsümündə qızıl qiymətlərinin qalxması və düşməsi səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, cinayətkarlar emalatxanalar, o cümlədən zərgərlik mağazaları açıb bazara imitasiya, aşağı dərəcəli və ya tamamilə saxta məhsullar çıxarırlar ki, bu da adətən internet vasitəsilə satılır.
Yanvarın 10-da qızılın unsiyası dekabrın 13-dən bəri ilk dəfə olaraq 2700 dollardan çox bahalaşıb.
Oktyabrın ikinci yarısında Çikaqo Ticarət Birjasında (CME) qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troy unsiyası üçün 2712,25 dollara çatıb. CME-də dekabr qızıl fyuçersləri bir unsiya üçün 2,711,05 dollara satılıb. Həmin vaxt qiymətli metal üzrə törəmələrin qiyməti təxminən 30% artaraq son 14 ildə ən yüksək illik artımı nümayiş etdirib.
Samir