Makrondan Trampa mesaj: "Avropalılar olmadan qitədə sülh olmaz"

DÜNYA
14:25 / 21.01.2025
50

"Rusiya-Ukrayna münaqişəsi sabah və ya o biri gün bitməyəcək”. 

Hit.az BFMTV telekanalına istinadın xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron deyib.

O qeyd edib ki, avropalılar olmadan və onlar arasında danışıqlar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz.

“Bu gün problem Ukraynaya sağ qalmaq və güclü mövqedən gələcək danışıqlara başlamaq üçün vasitələr verməkdir. Hərbi əməliyyatların dayandırıldığı sabahın vəzifəsi Ukraynaya öz ərazisinə hər hansı müharibənin qaytarılmasına qarşı təminat vermək olacaq ki, bu da bizim öz təhlükəsizliyimizin təminatı olacaq”, deyə Makron ölkənin silahlı qüvvələrini təbrik edərkən deyib.

Telekanal hesab edir ki, onun çıxışı ABŞ prezidenti Donald Trampa üstüörtülü mesaj olub, o, prezident seçildikdən sonra münaqişəyə tez son qoyulacağını vəd edib.

Ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski Makronla Ukraynaya xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə etdiyini bildirib. O, əlavə edib ki, iki ölkə həmçinin sülhə nail olmaq və effektiv təhlükəsizlik təminatlarını inkişaf etdirmək üçün əsas müttəfiqlərlə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Samir

0