AK rəhbəri: "Dünyada resurslar və texnologiya uğrunda şiddətli rəqabət başlayıb"

DÜNYA
18:16 / 21.01.2025
67

Dünya resurslar və texnologiya uğrunda şiddətli rəqabətin yeni dövrünə qədəm qoyub və Avropa buna cavab vermək üçün dəyişməlidir".

Hit.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 55-ci sessiyasında çıxışı zamanı deyib.

"Dünya Arktikadan Cənubi Çin dənizinə qədər quruda və kosmosda resurslar və texnologiya uğrunda gərgin rəqabət dövrünə qədəm qoyub", deyə o bildirib.

Fon der Leyen əlavə edib ki, gələn həftə o, Avropa İttifaqının texnologiyaya, yaşıl keçidə və insan kapitalına artan investisiyaya əsaslanan rəqabət qabiliyyətinin artırılması strategiyasını təqdim edəcək.

Samir

0