İspan nazir İlon Maskın jestinə görə X şəbəkəsini tərk edəcək

DÜNYA
21:39 / 21.01.2025
38

İspaniyanın baş nazirinin ikinci müavini və məşğulluq naziri Yolanda Diaz “təbliğat maşınına” çevrilmiş X sosial şəbəkəsini tərk edəcəyini açıqlayıb.

Hit.az xəbər verir ki, o, müvafiq mesajı platformadakı səhifəsində paylaşıb.

“Dünən gecə dünya İlon Maskın ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi zamanı nasist salamını təqlid etməsinə baxdı. Bu şok görüntü məni aylardır düşündüyüm qərara vadar etdi. Bu hesabdan istifadəni dayandırmağa qərar verdim”, deyə Diaz yazıb.

Nazir qeyd edib ki, Mask bir neçə aydır X-dən siyasi məqsədlər üçün istifadə edir. Onun fikrincə, sosial şəbəkə sadəcə ünsiyyət vasitəsi və ya sosial şəbəkə olmaqdan çıxıb, “ictimai rəyi formalaşdıran təbliğat maşınına” çevrilib.

Yanvarın 21-də inaqurasiyadan sonra Maskın Trampı “nasist jesti” ilə salamladığını əks etdirən video yayılıb. İş adamı sağ əli ilə öz sinəsinə vurub və barmaqlarını birləşdirərək ovucunu aşağı çevirərək çarpaz şəkildə qaldırıb. Bundan sonra sahibkar səhnəyə dönüb və jesti təkrarlayıb.

Mask daha sonra hadisəyə münasibət bildirib. O, rəqiblərinə “daha ​​yaxşı çirkli fəndlər” tapmağa çağırıb. Onun sözlərinə görə, “hamı Hitlerdir” şüarı artıq çox darıxdırıcıdır.

Samir

0