Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bəyan edib ki, Aİ ölkələri müdafiə xərclərini artırmalıdır.
Hit.az xəbər verir ki, onun sözlərinə görə, 2024-cü ildə bütün Aİ üzvləri birlikdə ÜDM-in təxminən 1,9%-ni müdafiəyə, Rusiya isə 9%-ni xərcləyib.
"Biz məktəblərimizə, rifahımıza, səhiyyəmizə milyardlarla vəsait xərcləyirik, lakin müdafiəyə daha çox xərcləməsək, bütün bunlar sual altında qalacaq", deyə Kallas Avropa Müdafiə Agentliyinin konfransında bildirib.
Onun sözlərinə görə, 3-5 il ərzində Rusiya Aİ-nin özünü müdafiə etməyə hazırlığını sınaya bilər. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, kəşfiyyat bunu deyir.
O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Aİ-ni müdafiə xərclərinin yetərli olmamasında ittiham etməkdə haqlıdır.
Yanvarın 13-də NATO-nun baş katibi Mark Rutte bildirib ki, Avropa İttifaqına üzv ölkələrin sakinləri hərbi ehtiyaclar üçün daha çox pul ayırmağa başlamasalar, rus dilini öyrənməli olacaqlar.
Bundan əvvəl Tramp NATO ölkələrindən hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılmasını istəmək planlarını açıqlamışdı.
Samir