Britaniya zabitləri Trampın Ukrayna planına qarşı çıxır

DÜNYA
18:18 / 22.01.2025
48

Böyük Britaniyanın yüksək rütbəli zabitləri ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin tez bir zamanda həlli ilə bağlı vədinə qarşı çıxırlar.

Hit.az xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniyanın yüksək rütbəli hərbi rəsmilərinə istinadən yazır.

Britaniya zabitləri bu qərara səbəb kimi Rusiyanın hərbi gücünün ehtimal olunan artımını göstərirlər:

“Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmiləri hesab edirlər ki, Tramp sülh sazişi imzaladıqdan sonra Rusiya ilə Qərb arasında öz ordularını növbəti münaqişəyə hazırlamaq üçün yarış başlayacaq”.

Eyni zamanda, qəzetin yazdığı kimi, NATO-nun çevik reaksiya korpusuna rəhbərlik edən britaniyalı general-leytenant Ralf Vuddisə istinad edərək, iddia edir ki, növbəti dəfə Rusiya daha böyük uğurlar qazanacaq.

Digər məsələlərlə yanaşı, “The Times” iddia edir ki, NATO müttəfiqləri Kiyevin danışıqlara başlamaq üçün zəif mövqeyindən narahatlığını ifadə edir, bu isə onu əlverişsiz vəziyyətə salacaq və ərazilərin itirilməsinə gətirib çıxaracaq.

“The Wall Street Journal” bir gün əvvəl Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində dayandırmağı tapşırdığını yazmışdı.

Bundan əvvəl Ağ Ev rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə münaqişənin həlli üçün saziş bağlamağa hazır olduğunu bildirib.

Samir

0