NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya üç ayda bütün NATO ölkələrinin bir ildə istehsal etdiyi qədər sursat istehsal edir.
Hit.az xəbər verir ki, baş katibin çıxışı "Bloomberg" tərəfindən yayımlanıb.
“NATO olaraq biz bir il ərzində Rusiyanın üç ayda istehsal etdiyi qədər çox sursat istehsal edirik. 4-5 ildən sonra biz özümüzü müdafiə edə bilməyəcəyik”, deyə Rutte bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ xüsusi olaraq hasilatı artırmalıdır və Çin ABŞ-dan 5-6 dəfə çox mərmi istehsal etdiyini xatırladıb.
Bundan əvvəl Rutte bəyan etmişdi ki, Ukraynanın Rusiya ilə münaqişədə uğursuzluğu Şimali Atlantika Alyansına və bütövlükdə Qərb ölkələrinə “milyarlarla” yox, “trilyonlarla” başa gələcək. O qeyd edib ki, bu, geosiyasi məsələdir.
Samir