Almaniyanın ictimai xadimləri və siyasətçiləri ABŞ-dan Almaniya ərazisində raketlərin yerləşdirilməsinə qarşı açıq məktub imzalayıblar.
Hit.az xəbər verir ki, bu barədə N-TV telekanalı məlumat yayıb.
"Bundestaq seçkiləri ərəfəsində sülh fəalları və alimləri Amerikanın orta mənzilli silahlarının Almaniyada yerləşdirilməsinin qarşısını almağa çağırırlar, həmçinin Almaniyanın Avropanın orta mənzilli silahlarının hazırlanmasında iştirakını dayandırmağı tələb edirlər", bəyanatda deyilir.
Sənədi imzalayan tərəflərin fikrincə, Rusiya ABŞ-ın bu addımına Almaniyaya da oxşar silahlar göndərməklə cavab verə bilər.
Açıq məktubu imzalayanlar arasında siyasətçi Sahra Vaqenknext, Almaniyadakı Yevangelist Kilsə şurasının sədri Margot Kessmann, fizik və siyasətçi Ernst Ulrix von Veiəyzsaker və bir çox digər tanınmış simalar var.
Keçən il iyulun 10-da Vaşinqton və Berlin birgə bəyanat yayaraq, ABŞ-ın Almaniyada hipersəs silahları da daxil olmaqla yeni daha uzun mənzilli silahları yerləşdirməyə “epizodik” başlayacağını bildirib.
Samir