Kanadalılar ABŞ-ın onlara qarşı təzyiqlərini gücləndirdikdən sonra miqrant axınından narahat olduqlarını bildiriblər.
Hit.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti yazır.
“Kanadalılar narahatdırlar ki, Trampın immiqrasiyaya qarşı sərt tədbirləri miqrantları şimala itələyə bilər”, - nəşr yazır.
Müəlliflər aydınlaşdırırlar ki, Trampın ilk prezidentlik dövründə vəziyyət məhz belə olub. Nəticədə bəzi Kanada sərhəd keçid məntəqələri ölkəyə daxil olmağa çalışan insanların sayının kəskin artması ilə mübarizə üçün artıq planlar hazırlayıb.
Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni mühacirləri deportasiya etmək səlahiyyəti Ədliyyə Departamentinin digər məsələlərlə yanaşı, silah və narkotiklərlə məşğul olan qurumlarına da verib.
Samir