OPEC+ Trampa görə dağıla bilər

DÜNYA
23:54 / 23.01.2025
51

ABŞ prezidenti Donald Trampın ölkədə neft hasilatını artırmaq istəyi OPEC+ sazişi iştirakçılarını elə vəziyyətə salacaq ki, onlar üçün xammala olan tələb və təklif balansını idarə etmək son dərəcə çətin olacaq və nəticədə koalisiya dağılacaq. Hit.az xəbər verir ki, RİA Novosti bu barədə müstəqil enerji eksperti Kirill Rodionovun hesabatına istinadən yazıb.

Rodionovun qeyd etdiyi kimi, Tramp müvafiq tədbirlər görsə, hasilatı cilovlamaq siyasəti bütün mənasını itirəcək, çünki bu, neftin qiymətinə artıq nəzərdə tutulduğu kimi təsir etməyəcək. Çində tələbin yavaşlamasını nəzərə alsaq, OPEC+ daha bahalı neftdən əldə edilən gəlirin artması əvəzinə bazar payının itirilməsi ilə üzləşə bilər.

ABŞ prezidenti Donald Tramp inauqurasiyasından bir ay yarım əvvəl "NBC News telekanalına müsahibəsində komandasının əsas diqqətini neft hasilatı sektorunda problemlərin həllinə yönəldəcəyini bildirib. 

O, əmin olduğunu bildirib ki, neft hasilatı Amerika iqtisadiyyatını böhran təhlükəsindən çıxarmağa kömək edəcək. O cümlədən ABŞ hökumətinin büdcə kəsiri problemini həll etməklə, Tramp izah edib.

Samir

0