Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqının öz ordusuna ehtiyacı yoxdur.
Hit.az xəbər verir ki, onun sözlərini Anadolu Agentliyi yayıb.
Kallas vurğulayıb ki, Avropa İttifaqı və NATO sıx əməkdaşlıq etməlidir. Aİ-nin 27 ordusu var və onlar kollektiv müdafiəyə töhfə verməlidirlər:
“Hər bir ölkənin müdafiə planı və müdafiə büdcəsi var. Ona görə də biz Avropa ordusuna ehtiyacımız olduğunu deyə bilmərik, lakin NATO və Aİ-yə gəldikdə bu 27 üzvünün birlikdə çox yaxşı işləməsinə ehtiyacımız var".
Samir