İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın Panama kanalına nəzarəti ələ keçirmək planlarını açıqlamasından sonra Panama lideri Xose Raul Mulinonu dəstəkləyib.
Hit.az xəbər verir ki, bu barədə Panama dövlət başçısının ofisi məlumat yayıb.
Ofisin X sosial şəbəkəsindəki bəyanatında deyilir: "Sançes Mulino və kanalın Panamanın əlində olmasına tam dəstəyini ifadə etdi".
Sançes özü X-də beynəlxalq hüquqa sadiqlik və beynəlxalq müqavilələrə hörmət haqqında yazıb.
Yanvarın 22-də Sançes və Mulino Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüşüblər.
Bir gün əvvəl məlum olub ki, Panama ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində çıxışı zamanı səsləndirdiyi “narahatedici” hədə ilə bağlı BMT-yə şikayət edib.
Yanvarın 20-də inaqurasiya nitqində Tramp Çinin 1990-cı illərin sonunda Panamaya təhvil verilmiş su yolu ətrafında artan iştirakı ilə Panama kanalına effektiv şəkildə nəzarət etdiyini təkrarlayıb.
Yanvarın 21-də bildirilib ki, Panama Nəzarət Ofisi yeni Amerika liderinin şərhindən sonra Panama kanalı limanlarını idarə edən Honq-Konqda yerləşən şirkətlə bağlı araşdırmaya başlayıb.
Samir